ELM VƏ TƏHSİL
Asteroid Yer kürəsinə doğru hərəkət edir
Bakı, 13 fevral, AZƏRTAC
“2013 TX68” adlı asteroid martın 5-də Yerə ən yaxın məsafədə olacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, həmin gün asteroidlə Yer arasında məsafə təxminən 17 min kilometr olacaq. Bu məsafə Yer üçün böyük təhlükə yaratmır.
Asteroidin diametri 30-40 metrdir.
Qeyd edək ki, “2013 TX68” asteroidi 2013-cü ildə Katolina Rəsədxanasının astronomları tərəfindən tapılıb. Bu göy cisminin növbəti dəfə Yerə yaxınlaşması 2017-ci ildə gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]