CƏMİYYƏT


Astma xəstəliyinə qarşı istifadə edilən bitki

Bakı, 21 iyun, AZƏRTAC

Acılıq otu qatırquyruğuna çox oxşayır, onun da iynə yarpaqları çox acı olur. Digər bataqlıq bitkiləri kimi zoğları hələ bərkiməmiş vaxtı onun gövdəsindən tutub çəkəndə budaqlar bir-birindən ayrılır.

AZƏRTAC xəbər verir ki, Şərqdə acılıq otu min illərdir ki, müalicəvi məqsədlərlə istifadə olunur. Əvvəllər santanin, rozmarın və efedrin yarpaqlarının qarışığından astma xəstəliyinə qarşı xüsusi “Asmaton” siqareti hazırlanırdı və onu çəkəndə xəstəliyin ağrılarının qarşısı alınırdı.

Onun barəsində Rusiyada ilk məqalə 1889-cu ildə Samara quberniyasında çıxan qəzetlərdə dərc edilib. Xəbər verilirdi ki, rus kəndlisi Fyodor Kuzmiç Muxovikov acılıq otu ilə revmatizm və dizenteriya xəstəliklərini müalicə edib və onun şərəfinə həmin bitki “Kuzmiç trava” adlandırılıb. Bundan sonra bitki məşhurlaşıb və dərman bitkisi kimi istifadə olunmağa başlayıb.

Acılıq otu hündürlüyü 1,5 metrə çatan çoxillik kol bitkisidir. Farmakoloji xüsusiyyəti tərkibindəki efedrin alkoloidla bağlıdır. Adrenalindən fərqli olaraq efedrinin təsiri yavaş sürətlə artır, lakin onun səmərəsi uzun müddətli olur. Xalq təbabətində acılıq otu revmatizm, bronxial astma, göyöskürək, bronxit, mədə xorası, ishal, nevralgiya və s. xəstəliklərin müalicəsində istifadə olunur.

Acılıq otu bitkisindən efedrin alkaloidi alınaraq farmakoloji məqsədlərlə istifadə edilib. Efedrin hidroxlorid duzu şəklində, sərbəst halda və ya digər dərman vasitələri ilə birlikdə bronxial astmanın müalicəsi və boğulmaların aradan qaldırılmasında, xroniki ürək çatışmazlığı, övrə, məxmərək, isitmə və allergik xarakterli xəstəliklərdə tətbiq olunur. Burun qanaxmalarında efedrin xlorid yerli qankəsici vasitə kimi, oftalmologiyada isə göz xəstəliklərinin diaqnostikasında göz bəbəyini genişlənmək üçün istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.