İDMAN


“Astra”-“Zirə” oyununu belaruslu hakimlər briqadası idarə edəcək

Bakı, 11 iyul, AZƏRTAC

Lüksemburqun “Differdange” futbol komandası ilə oyundan sonra Belçikaya yollanan “Zirə” Rumıniyaya gedib.

AZƏRTAC xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində “Astra” ilə qarşılaşacaq komandamız Buxarest yaxınlığında yerləşən Rumıniya yığmasının təlim-məşq bazasında hazırlığını davam etdirir. İyulun 12-də də burda məşq edəcək “qartallar” daha sonra Giurgiyə yola düşəcək. “Zirə” oyunöncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi stadionda edəcək.

İyulun 13-də Marin Anastasovici stadionunda keçiriləcək “Astra”-“Zirə” oyununu belaruslu hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sergey Tsinkeviç olacaq. Baş hakimə həmyerliləri Vitali Malyutin və Evgeni Romanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Şimusik yerinə yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.