REGİONLAR


“Aşura günü” ilə əlaqədar Lənkəranda qanvermə aksiyasına başlanılıb

A+ A

Lənkəran, 11 oktyabr, Bağır Əliyev, AZƏRTAC 

“Aşura günü” ilə əlaqədar oktyabrın 11-də Lənkəran şəhərindəki “Böyük Bazar” məscidində qanvermə aksiyasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək xeyriyyə tədbirinə Lənkəranla yanaşı, Astara, Lerik və Masallı rayonlarının sakinləri də qoşulublar.

Mərkəzi Qan Bankının Lənkəran bölməsi və Lənkəran Mərkəzi Rayon Xəstəxanasının tibbi personalının həyata keçirdiyi humanitar aksiyada dindarlarla yanaşı, əhalinin bütün təbəqələrinin nümayəndələri, o cümlədən qadınlar da fəallıq nümayiş etdirirlər.

Qan Bankının Lənkəran bölməsinin müdiri Telman Zülfüqarov bildirib ki, aksiyada toplanan qanlar laboratoriya müayinəsindən keçiriləndən sonra ehtiyacı olan xəstələrin, o cümlədən talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaq.

Humanitar aksiyanın birinci günü könüllü qan vermək istəyənlərin sayı çox olsa da, yalnız sağlamlığı imkan verən 100 nəfərdən qan götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.