CƏMİYYƏT


Aşura günündə 1863,3 litr qan tədarük olunub VİDEO

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Aşura günü ilə əlaqədar respublika üzrə 15 məscid və ziyarətgahda təşkil olunan qanvermə aksiyalarında saat 9:00-dan 18.00-a qədər 4141 nəfər könüllü olaraq qan verib. Ümumilikdə isə 1863,3 litr qan tədarük olunub. Əvvəlki illərdən fərqli olaraq bu il Quba və Şirvan qan bankı bölmələrində də könüllü aksiyalar təşkil olunub.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qanvermə aksiyaları Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə keçirilib. Toplanan qandan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə ediləcək.

Könüllü qanvermə aksiyaları Məhərrəm ayı boyunca davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.