REGİONLAR
“AtaBank” ASC ödəmə terminalları quraşdırıb
Bakı, 16 sentyabr (AZƏRTAC). “AtaBank” ASC müştəri xidmətləri səviyyəsinin artırılması üçün bir sıra filial və şöbələrində (baş ofis, “Monolit”, “Nəsimi”, “Səbail”, “Sumqayıt”, “Xaçmaz”, “Naftalan”, “Bakı” filiallarında və “MKX-Gəncə”, “Çinar” şöbələrində) MilliÖN ödəniş terminalları quraşdırıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, artıq müştərilər “AtaBank”ın filiallarında MilliÖN - ödəniş köşkləri vasitəsilə kommunal ödənişləri, kabel və peyk televiziyası, internet provayderləri, mobil operatorları və ekspress kreditləri ödəyə bilərlər. Kredit borcu ilə ödəniş həyata keçirmək üçün müştəri bankdakı öz eyniləşdirmə nömrəsini bilməlidir. Kredit ödənişi nağd şəklində terminal vasitəsilə qəbul olunur. Yerindəcə müştəri ödəniş qəbzi əldə edir və ertəsi günü kreditin ödənişini təsdiq edən SMS-bildiriş alır.