İQTİSADİYYAT
“AtaBank” “Visa” kart sahiblərinə müxtəlif hədiyyələr qazanmaq imkanı yaradır
Bakı, 29 iyul, AZƏRTAC
“AtaBank”ın “Visa” kart sahibləri “GoldenPay” sistemi vasitəsilə Hesab.az portalında ödəniş həyata keçirməklə Maldivə bir həftəlik səyahət, SHARP TV, “iPad mini 3” və digər hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bunun üçün Hesab.az istifadəçiləri “AtaBank”ın “Visa” kartları ilə bir dəfəyə minimum 10 AZN ödəniş etdikdə kampaniyada iştirak üçün 1 lotereya şansı qazanır, 50 AZN və ondan yuxarı ödəniş etdikdə isə uduş şansı 2 dəfəyədək artır.
Hesab.az istifadəçiləri “AtaBank”ın “Visa” kartları ilə kommunal, mobil, internet, TV, əyləncə ödənişləri edərkən Maldiv adalarına 1 həftəlik iki nəfərlik səyahət, 10 ədəd SHARP TV, 10 ədəd “iPad Mini 3” 16 GB, 100 ədəd 20 AZN dəyərində Hesab.az hədiyyə kartları qazanmaq şansına sahib olacaqlar.
“AtaBank”ın “Visa” kartı vasitəsilə ödənişdən sonra verilən kuponlar avtomatik olaraq virtual lotereya biletlərinin nömrələrinə çevrilir.
Lotereyanın qalibləri sentyabrın 3-də xüsusi kompyuter proqramı vasitəsilə təsadüfi seçim prinsipi ilə müəyyən ediləcək. Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.