İQTİSADİYYAT


“AtaBank”ın bankomat, POS-terminal, plastik kartlar və elektron kommersiya sisteminin işi yarım saatlıq dayandırılacaq

Bakı, 16 sentyabr, AZƏRTAC

"AzeriCard" prosessinq mərkəzi mütəmadi olaraq ildə bir neçə dəfə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə daxili sistemində yenilənmə işləri aparır.

"AtaBank" ASC-dən AZƏRTAC-a bildiriblər ki, prosessinq mərkəzinin rəsmi məlumatına əsasən, sentyabr ayının 19-da növbəti yenilənmə işlərinin aparılması ilə əlaqədar gecə saat 03:30-dan saat 04:00-dək “AtaBank”ın bankomat şəbəkəsi, POS-terminal plastik kartlar və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.