İQTİSADİYYAT
“AtaSığorta” fevralda 336 245 manat sığorta ödənişi həyata keçirib
Bakı, 7 mart, AZƏRTAC
“AtaSığorta” ASC bu ilin fevralında 783 hadisə üzrə 336 245 manat sığorta ödənişi həyata keçirib.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib.
Son zamanlar “AtaSığorta” ASC ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]