İQTİSADİYYAT


“AtaTexnologiya” “HRM360”ı təqdim edib

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də “AtaTexnologiya” şirkətinin yeni proqram təminatı - “HRM360”ın təqdimatına həsr edilmiş konfrans keçirilib.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, “AtaTexnologiya”nın mütəxəssisləri tərəfindən “Microsoft” proqramlaşdırılması qərarı əsasında yaradılmış bu proqram təminatı insan resursları sahəsində tətbiq edilmək üçün nəzərdə tutulmuş və HR mütəxəssisləri tərəfindən istifadəyə hesablanıb.

“AtaTexnologiya” şirkətinin layihələr departamentinin direktoru Cahangir Qənizadə tədbir iştirakçılarını “HRM360”ın texniki və unikal imkanları ilə tanış edib: Proqramda əməkdaşların öz məlumatlarına çıxış imkanı var. Yəni işəgötürənlə işçinin qarşılıqlı münasibətlərinin tam şəffaflığı təmin edilir və HR menecerin iş vaxtına qənaət əldə edilir. Proqram təminatına müxtəlif dillərdən istifadə imkanı qoyulduğu üçün onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan isə onu milli qanunvericiliyə adaptasiya etməyə imkan verir.

Qeyd edək ki, “AtaTexnologiya” MMC 2004-cü ildə “AtaHolding” tərəfindən təsis edilib və yarandığı gündən informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərərək, dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir. “Microsoft”, “НР”, “Netsis A.Ş”, “Oracle” şirkətlərinin, antivirus sistemləri olan “Symantec”, “Kaspersky” и “Dr.web” şirkətlərinin yerli tərəfdaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.