MƏDƏNİYYƏT
“AtaTravel” VI ixtisaslaşdırılmış “Luxe Travel Show” tədbirində iştirak edəcək
Bakı, 4 sentyabr, AZƏRTAC
“AtaTravel” MMC “Laurus Consult” MMC-nin təşkilatçılığı ilə sentyabrın 8-də Bakıda keçiriləcək VI ixtisaslaşdırılmış “Luxe Travel Show” tədbirində iştirak edəcək.
MMC-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda fəaliyyət göstərən otellər, xarici ölkələrdən 50-yə yaxın termal kurortlar, SPA mərkəzləri və otellər, klinikalar, dünyanın tanınmış turizm brendləri beynəlxalq turizm tədbirində təmsil olunacaqlar.
“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev tədbirin turizmlə məşğul olan şirkətlər üçün çox əhəmiyyətli olacağını bildirib. “Tədbir tərəfdaşlarla işgüzar münasibətlərin yaradılması və möhkəmləndirilməsinə, dünyanın məşhur turizm brendlərinin nümayəndələrini Azərbaycanın turizm bazarının potensialı ilə tanış etməyə imkan yaradır. Şirkətimiz tədbirdə təqdimat materialları və turizm agentliyinin aparıcı menecerləri ilə təmsil olunacaq", – deyə baş direktor vurğulayıb.
Qeyd edək ki, “LuxeTravel Show” tədbiri ilk dəfə 2010-cu ilin oktyabr ayında Bakıda təşkil olunub.