REGİONLAR


“Atam, anam və mən turist ailəsiyik” yarışının qalibləri mükafatlandırılıb

Quba, 11 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 11-də Xaçmazın Nabran istirahət zonasında “Atam, anam və mən turist ailəsiyik” idman-turizm yarışının qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı iki gün ərzində keçirilən yarışda idman cəmiyyətlərini, eləcə də respublikanın müxtəlif rayonlarını təmsil edən, ümumilikdə, 50-yə yaxın ailə komandası mübarizə aparıb. Tədbir 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

İştirakçılar qalib adını qazanmaq üçün çadırın quraşdırılması, meşə zolağındakı maneələrin dəf edilməsi və çay üzərindən iplə keçmə mərhələlərində mübarizə aparıblar. Qaydalara görə, yarışda qalib gəlmək üçün təkcə valideynlərin deyil, ailənin ən kiçik üzvlərinin də çevikliyi vacib rol oynayıb.

Çempionatın mükafatlandırma mərasimində turnirin əhəmiyyətindən danışılaraq bildirilib ki, sağlam həyat tərzinin ölkəmizdə təbliği istiqamətində mühüm addımlar atılır.

Çıxışlardan sonra qalib komandalar Gənclər və İdman Nazirliyi tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.