İDMAN


Atçılığın konkur növü üzrə “Murad kuboku” yarışı keçiriləcək

Bakı, 20 aprel, AZƏRTAC 

Aprelin 22-də “Binə Atçılıq Mərkəzi”nin açıq manejində atçılığın konkur növü üzrə A**-S* kateqoriyalı “Murad kuboku” uğrunda turnir keçiriləcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) məlumat verilib.

ARAF-ın təşkilatçılığı və “Murad” atçılıq klubunun sponsorluğu ilə keçirilən yarışda 15-dək idmançı və 30-a yaxın atın iştirakı gözlənilir.

Yarışın ümumi mükafat fondu 5 min manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.