İDMAN


Atçılığın konkur növü üzrə beynəlxalq turnirin ilk günündə Azərbaycan idmançıları ikinci və üçüncü olublar

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı beynəlxalq turnirin ilk günü maraqlı idman mübarizəsi ilə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Gürcüstan və İrandan ümumilikdə 19 idmançı iştirak edir.

Yarışın ilk gününün nəticələrinə əsasən, 1,2 metrlik maneədən tullanma üzrə rusiyalı Anna Qromzina sıralamada birinci olub. Müxtəlif atlarla ikinci və üçüncü yerdə isə həmyerlimiz Rahib İsmayılov qərarlaşıb.

İdmançıların 1,35 metrlik maneədən tullanma yarışında isə iranlı Maziar Camşid Xani birinci olub. Sıralamada ikinci və üçüncü yerlərə isə həmyerlilərimiz Rəşad Səmədov və Rahib İsmayılov yüksəliblər.

Bu turnir Qafqaz Liqasına daxil olan idmançıların Dünya Kubokuna təsnifat mərhələsi hesab edilir. Eyni zamanda, final yarışı idmançılara “Longines” dünya sıralaması üçün də 50 xal toplamaq imkanı verir.

Turnirə iyunun 4-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.