SİYASƏT
Atef Yusif Saleh Əl Taravneh: İordaniya ilə Azərbaycan arasında çox güclü münasibətlər var
Bakı, 10 may, AZƏRTAC
Dost və qardaş Azərbaycana səfər etməkdən şərəf duyuram. Bakı bizə çox yaxın paytaxtlardan biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycana rəsmi səfərə gələn İordaniya parlamenti Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh Əl Taravneh bildirib.
O deyib: “İordaniya ilə Azərbaycan arasında çox güclü münasibətlər var. Ölkənizə səfər etməkdən şərəf duyuram. Xüsusilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini nəzərə alsaq, burada olmaqdan çox məmnunam”.