İQTİSADİYYAT


“Atəşgah Həyat” şirkəti həlak olmuş hərbçinin ipoteka kreditini ödəyib

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

“Atəşgah Həyat” sığorta şirkəti ipoteka kreditləri borcalanlarının həyat sığortası üzrə iri ödənişlər edib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, aprelin 6-da Füzuli rayonu cəbhə bölgəsində döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində xəsarət almış hərbçinin ikinci dərəcəli əlillik alması səbəbindən onun ipoteka krediti üzrə 21 min 270 AZN qalıq məbləği “Atəşgah Həyat” tərəfindən banka ödənilib.

Digər iri ödəniş - 48 min 273 AZN məbləği aprelin 4-ü cəbhə bölgəsində gedən döyüşlər zamanı həlak olmuş hərbçi üçün həyata keçirilib. Daha iki ödəniş - 17 min 580 AZN onkoloji xəstəlik nəticəsində ikinci dərəcəli əlillik almış və 14 min 268 AZN onkoloji xəstəlik səbəbindən dünyasını dəyişmiş sığorta olunana görə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.