İQTİSADİYYAT


Atəşgah” sığorta şirkəti korporativ saytını yeniləyib

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Müştəri xidmətlərinin keyfiyyətini yüksəltmək və müştərilərin rahatlığı, eləcə də sığorta xidmətləri bazarını inkişaf etdirmək məqsədilə “Atəşgah” sığorta şirkəti korporativ saytını yeniləyib.

Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, belə ki, daha müasir, aydın interfeys, sadə naviqasiya, xüsusən sığorta şəhadətnamələrinin online satışı kimi xidmətləri özündə birləşdirən sayt artıq istifadəçilərin ixtiyarına verilib.

Yenilənmiş sayt (www.ateshgah.com) vasitəsilə, ilkin mərhələdə, icbari avtomobil, icbari əmlak və səyahət sığortası şəhadətnamələrini online əldə etmək mümkündür. Bunun üçün sayta daxil olub tələb edilən məlumatları daxil etmək kifayətdir. Ödəniş edildikdən sonra sığorta şəhadətnaməsi müştərinin elektron ünvanına göndərilir və yaxud müştərinin istəyindən asılı olaraq ona şirkətin istənilən satış ofislərindən birində təqdim edilə bilər.

Yaxın gələcəkdə müştərilər sayt vasitəsilə şirkətin daha da geniş sayda olan elektron xidmətlərdən faydalana biləcəklər. Bundan başqa, sayt vasitəsilə müştərilərə sığorta kalkulyatoru və peşəkar məsləhətçilərdən online konsultasiya (sığorta hadisələrinin tənzimlənməsi də daxil olmaqla) xidmətləri də təklif edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.