İDMAN


Atıcılıq üzrə Avropa çempionatında Türkiyədən ilk qızıl medal

Bakı, 31 iyul, Məhərrəm Əlioğlu, Pərvin Ələkbərov, AZƏRTAC

Atıcılıq üzrə Avropa çempionatında Türkiyə idmançısı kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışının qalibi olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi Yusuf Dikeç rəqiblərindən daha yaxşı nəticə göstərərək 587 xalla qızıl medal əldə edib. Almaniyalı Kristian Reitz 582 xalla gümüş medal qazanıb.

Yarışın üçüncüsü isə 580 xalla Estoniya atıcısı Olesk Peeter olub.

Kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışında Azərbaycanı təmsil edən Ruslan Lunyov 572 xalla çempionatı 13-cü pillədə başa vurub.

Xatırladaq ki, Yusuf Dikeç “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 50 metrdən tapança ilə atəşaçma yarışlarının çempionu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.