İDMAN


Atıcılıq üzrə Avropa çempionatının 12-ci gününə yekun vurulub

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-də atıcılıq üzrə Avropa çempionatının 12-ci gününə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, kişilər arasında 300 metr məsafədən standart tüfənglə güllə atıcılığı yarışının final mərhələsində Avstriya təmsilçisi Pikl Bernhard bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 578 (20x) xal toplayıb. Finlandiyalı Kurki Juho 578 (18x) xalla gümüş, İsveç təmsilçisi Olsson Karl isə 577 xalla bürünc medala sahib olub.

Standart tüfənglə 300 metr məsafəyə atəşaçmanın komanda yarışında isə İsveç millisi 1711 xal toplayaraq qalib gəlib. Qızıl medalı İsveç yığmasına Andrea Rossi, Jan Loçbihler, Dfauks Gilles Vinsent qazandırıblar. İkinci yeri 1710 xalla Avstriya millisi tutub. Gümüş medalı Avstriya komandasının heyətinə Rumpler Gernot, Pikl Bernhard və Sçmirl Aleksander təmin ediblər. Yarışın üçüncüsü isə 1706 xalla Fransa millisi olub. Fransa yığmasının heyətində bu uğura Raynaud Aleksis, Sauveplane Valerian və Qraff Kiril imza atıblar.

Yeniyetmələr arasında dairəvi stend atıcılığının fərdi qalibi Danimarka təmsilçisi Birklykke Johan 55 xalla bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İtaliyalı Sdruccioli Elia gümüş 53 xalla, danimarkalı Petersen Emil Kjelgaard 42 xalla bürünc medala sahib olub.

Yeniyetmələrin komanda yarışının qalibi isə İtaliya yığması olub.

Qızıl medalı yığmaya Sdruccioli Elia, Palmucci Valerio, Pittini Erik qazandırıblar. İkinci yeri isə Danimarka millisi tutub. Komandaya Karlsen Alexander, Birklykke Johan, Petersen Emil Kjelgaard gümüş medalı təmin ediblər.

Yarışın üçüncüsü isə Kipr təmsilçiləri olub. Kokkinou Christodoulos, Vasiliou Nicolas Enqlezoudis Petros bürünc medal qazanıblar.

Kişilər arasında dairəvi stend atıcılığının fərdi yarışlarının qalibi çexiyalı Slavicek Milos olub Çexiya təmsilçisi 54 (11) xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çempionatın gümüş medalını isə italiyalı idmançı Rossetti Gabriele 54 (9) xalla qazanıb. İsveç atıcısı Nilsson Stefan topladığı 43 xalla yarışın bürünc medalına layiq görülüb.

Dairəvi stend atıcılığının komanda yarışlarında isə rusiyalı Aleksandr İvanov, Mixail Şarapov, Zemlın Aleksandr fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İtaliya təmsilçiləri Cassandro Tammaro, Rikkardo Filippelli, Qabriel Rossetti gümüş medal qazanıblar.

Çempionatın bürünc medalını İsveç komandasının atıcıları Steffan Nilsson, Marcus Svensson, Jansson Henrik əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.