İDMAN


Atıcılıq üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın bu növünün inkişafının göstəricisidir

Bakı, 22 iyul, AZƏRTAC

Atıcılıq üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın bu növünün inkişafının göstəricisidir. Çempionatda 43 ölkədən minə yaxın idmançı iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov iyulun 22-də jurnalistlərə müsahibəsində deyib.

H.Cəfərov bildirib: “Belə yarışların ölkəmizdə - Bakıda və Qəbələdə keçirilməsi Avropa və Beynəlxalq Atıcılıq federasiyalarının Azərbaycan Atıcılıq Federasiyasına etimadının göstəricisidir. Azərbaycan Atıcılıq Federasiyasının nümayəndəsi Emin Cəfərov ilk dəfə olaraq Avropa Atıcılıq Konfederasiyasının texniki komitəsinin üzvü seçilib. Bu da bizim üçün böyük əhəmiyyət daşıyır. Çünki bununla Azərbaycan idmanın bu növü üzrə mühüm məsələlərin müzakirəsində təmsil olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.