İDMAN


Atıcılıq üzrə Avropa çempionatının on birinci gününün yarışlarına start verilib

Bakı, 31 iyul, AZƏRTAC

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının on birinci gününün yarışları start götürüb.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın beş idmançısı mübarizəyə qoşulub.

Çempionatda kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma, 300 metr məsafəyə tüfəng ilə üç vəziyyətdə atəşaçma, kişi və yeniyetmələr (gənclər) arasında dairəvi stend atıcılığı yarışları və qadınların dairəvi stend atıcılığının final mərhələsi keçiriləcək.

Azərbaycanı kişilər arasında dairəvi stend atıcılığı yarışında Emin Cəfərov, Fuad Qurbanov, Niyaz Ağazadə, yeniyetmələrdə isə Cavid Həsənov təmsil edəcək.

Kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışında isə Azərbaycan idmançılarından “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının beşqat çempionu Ruslan Lunyov mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.