İDMAN


Atıcılıq yarışlarının sonuncu günündə Azərbaycanın 8 idmançısı mübarizəyə qoşulub

Bakı, 17 may, Məhərrəm Əlioğlu, AZƏRTAC

Mayın 17-də Bakı Atıcılıq Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının sonuncu gününün qarşılaşmaları başlayıb.

AZƏRTAC xəbər verir ki, idmanın bu növü üzrə mübarizənin beşinci günündə dairəvi stend və 10 metrdən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışları keçiriləcək.

Bugünkü yarışlarda Azərbaycanın 8 idmançısı mübarizə aparır.

Dairəvi stend üzrə qarışıq komanda yarışında ölkəmizi Emin Cəfərov, Nurlana Cəfərova, Niyaz Ağazadə və Regina Meftahətdinova təmsil edirlər. Digər yarışda isə Azərbaycan idmançılarından Nigar Nəsirova, Ruslan Lunyov, Zərifə Qasımova və Rəsul Məmmədov güclərini sınayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.