İDMAN


Atletika yarışlarının sonuncu günündə idmançılarımız medallar uğrunda mübarizə aparırlar

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarının sonuncu günündə maraqlı idman mübarizəsi davam edir.

AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən yarışlarda günün ikinci yarısına kişilər arasında şüvüllə tullanma üzrə final mərhələsi ilə start verilib.

Daha sonra kişilər arasında 1500 və10 min metr məsafəyə qaçış, kişilər və qadınlar arasında 4x400 metr məsafəyə estafet qaçışı yarışlarının finalı keçiriləcək. 10 min metr məsafəyə qaçış yarışında ölkəmizi Evans Kiplaqat və Hayle İbrahimov təmsil edirlər. Azərbaycan qadınlar arasında 4x400 m məsafəyə estafet qaçış yarışında da təmsil olunur.

Həmçinin paraatletika yarışlarında kişilər arasında F12 kateqoriyasında kürəitələmə, T12 kateqoriyasında isə uzunluğa tullanma və 400 metr məsafəyə qaçış yarışlarının finalları baş tutacaq. Kürəitələmədə ölkəmizi Rasim Babayev, uzunluğa tullanmada isə Oleq Panyutin və Kamil Əliyev təmsil edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.