İDMAN


“Atletiko Madrid” klubu yarımmüdafiəçisi ilə müqavilənin müddətini artırıb

Bakı, 25 may, AZƏRTAC

İspaniyanın “Atletiko Madrid” futbol komandasında çıxış edən yarımmüdafiəçi Koke daha 7 il klubun uğurları üçün çalışacaq.

AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı ispaniyalı oyunçu ilə 2024-cü ilədək müqavilənin müddətini artırıb.

Futbol üzrə İspaniya millisində də forma geyinən oyunçu 2009-cu ildən bəri “Atletiko Madrid”in şərəfini qoruyur və oynadığı 323 matçda 28 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.