İDMAN


Atletimiz Avropa çempionatında bürünc medal qazanıb

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan millisi Hollandiyanın paytaxtı Amsterdamda keçirilən atletika üzrə Avropa çempionatında ilk medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, qadınların çəkicatma yarışlarında ölkəmizi təmsil edən Anna Skidan uğurla çıxış edib. İyirmi dörd yaşlı atletimiz Avropa çempionatını üçüncü pillədə başa vurub. Bürünc medal qazanan A.Skidan üçüncü cəhdində 73,83 metr nəticə göstərib.

O, yarışın qalibi polşalı Anita Vlodarçikdən 4,31, gümüş qazanan almaniyalı Betti Heydlerdeən 1,94 metr geri qalıb.

Qeyd edək ki, A.Skidan “Rio-2016”da da ölkəmizi təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.