İDMAN


Atletimiz Yelena Çebanu komandamızın aktivinə üçüncü medalı əlavə edib

A+ A

Bakı, 14 sentyabr, Elşad Qəzvini, AZƏRTAC 

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiada Oyunlarında Azərbaycan atleti Yelena Çebanu komandamızın aktivinə üçüncü medalı əlavə edib.

AZƏRTAC xəbər verir ki, bu dəfə gücünü atletikanın uzunluğa tullanma növündə sınayan idmançımız mübarizədə ikinci olaraq yenə gümüş medala sahib olub. Y. Çebanu 5.56 metr nəticə göstərərək yeddi idmançını geri qoyub. O, bu göstərici ilə özünün şəxsi rekordunu da yeniləyib.

Xatırladaq ki, atletimiz bunadək Rio Paralimpiadasında 100 metr məsafəyə qaçışda gümüş və 200 metr məsafəyə qaçışda isə bürünc medal qazanıb.

Bununla da Paralimpiya yığmamızın Rioda qazandığı ümumi medalların sayı səkkizə çatıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.