İQTİSADİYYAT


“Atra Bank”ın daha bir əmlakı hərraca çıxarılıb

Bakı, 13 iyul, AZƏRTAC

Ləğv prosesində olan “Atra Bank” ASC-nin balansında olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,0168 hektar torpaq sahəsində yerləşən 94 c nömrəli qeyri-yaşayış binası ötən gün ilkin satış qiyməti 1 milyon 10,19 min manat olmaqla açıq hərraca çıxarılıb.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, açıq hərraca çıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.

Fondun "Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları"na və digər normativ hüquqi aktlara uyğun olaraq, hərracın davam etdirilməsinə qərar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.