CƏMİYYƏT


Ətraf mühitə dəymiş ziyana görə 483841 manat məbləğində iddia qaldırılıb

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə mütəmadi araşdırma aparılır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin 6 ayı ərzində aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, balıq ehtiyatlarının, fauna və floranın mühafizəsi, o cümlədən məişət və istehsalat tullantılarının idarə olunması sahəsində qanun pozuntularına yol verildiyi aşkarlanıb. Ekoloji pozuntulara görə 1070 akt və 351 protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 319 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə 329 iş üzrə 395780 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 249 iş üzrə 483841 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı isə 2647 iş üzrə 494304 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 207 işdən 115-nə, icra qurumlarına göndərilən 172 işdən 87-nə, məhkəmələrə göndərilən 129 işdən 25-nə baxılaraq müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.