CƏMİYYƏT


“Ətraf mühitin qorunmasında vətəndaş cəmiyyətinin rolu” adlı layihə icra olunur

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

“Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ətraf mühitin qorunmasında vətəndaş cəmiyyətinin rolu” adlı layihə icra edir.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Nərimanov rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə layihə çərçivəsində ilk tədbir Azərbaycan Kooperasiya Universitetində təşkil olunub. Tədbirdə layihənin məqsəd və vəzifələrindən danışılıb, ətraf mühitin mühafizəsinin mahiyyəti, bu gün yaşanan ekoloji problemlərlə bağlı ekspertlər tərəfindən tələbələrə məlumat verilib. Bildirilib ki, ətraf mühitin qorunması aktual məsələlərdən biridir və hər bir şəxs bu işin təşkilində yaxından iştirak etməlidir. Qarşılıqlı müzakirələr şəraitində keçən tədbirin sonunda gənclər universitet ərazisində iməcilik aksiyası keçiriblər.

Növbəti tədbir Bakı Biznes və Kooperasiya Kollecində təşkil olunub. “Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyin təlimçiləri və ekspertləri ətraf mühitin mühafizəsində vətəndaş cəmiyyətinin vəzifələri və hüquqları ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıblar. Tədbir iməcilik aksiyasının keçirilməsi ilə yekunlaşıb. Layihə üzrə son tədbirin Azərbaycan Turizm və Menecment Universitetində keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.