İQTİSADİYYAT


Auditor və iqtisadi subyektlərə metodoloji yardım göstərilir

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 5-də Auditorlar Palatasında "İqtisadi islahatlarin sürətləndirilməsi ilə əlaqədar qəbul edilmiş normativ hüquqi aktların auditorlar və müvafiq qurumlar qarşısında yaratdığı öhdəliklər" mövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Auditorlar Palatasının sədri Vahid Novruzov Azərbaycanda audit sisteminin formalaşmasına böyük əhəmiyyət verildiyini deyib.

"Tədbirin keçirilməsində məqsəd bu ilin fevral-iyun aylarında Prezident İlham Əliyev tərəfindən imzalanmış qanun, fərman və sərəncamların təsərrüfat subyektləri və auditorlar qarşısında yaratdığı öhdəliklərin yerinə yetirilməsində auditor və iqtisadi subyektlərə metodoloji yardım göstərməkdən ibarətdir. Ölkəmizdə iqtisadi islahatların sürətləndirilməsi istiqamətində çox böyük işlər görülür, istər biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın fəaliyyətinə qayğı, iqtisadiyyatın diversifikasiyası və bir çox digər istiqamətlərdə ölkə iqtisadiyyatının inkişafını təmin edə biləcək çox mühüm tədbirlər həyata keçirilib ki, bunların da daxilində hesabatlılığın, şəffaflığın yaxşılaşdırılması, uçotun və statistikanın təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir", - deyə V.Novruzov əlavə edib.

Bildirilib ki, ölkəmizdə aparılan islahatlar kompleks şəkildə iqtisadiyyatımızın gələcək inkişafını təmin etmək baxımından həyata keçirilir. Dünyada hesabatlılıq, şəffaflığın artırılması, nəzarət sisteminin təkmilləşdirilməsi idarəetmənin çox mühüm tərkib hissəsi kimi dəyərləndirilir. Azərbaycanda auditor xidmətinin inkişafı və tətbiqinin genişləndirilməsi son dövrlərdə qəbul edilən və uğurla yerinə yetirilən bir sıra mühüm dövlət proqramlarında müstəqil auditin vacib problemlərinin müəyyənləşdirilməsi və həlli sayəsində mümkün olub. İqtisadiyyatımızın davamlı inkişafı nəticəsində maliyyə hesabatlılığında şəffaflığın təmin olunması sahəsində maliyyə nəzarətinin, eləcə də müstəqil auditin qarşısında qoyduğu öhdəliklər uğurla yerinə yetirilib.

Tədbir çərçivəsində "İqtisadi islahatların həyata keçirilməsində müstəqil auditin rolunun gücləndirilməsi istiqamətində auditor xidmətlərinin göstərilməsinə dair metodik göstəriş" təqdim olunub.

Çıxış edənlər müstəqil audit xidmətinin əsas inkişaf istiqamətləri, auditor xidməti bazarının genişləndirilməsi, bu xidmət istifadəçilərinin maraqlarının müdafiə olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.

Seminar-müşavirədə mövzu ilə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.