İQTİSADİYYAT


Auditorlar Palatası ilə Belarusun Maliyyə Nazirliyi arasında sıx əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 31 iyul, AZƏRTAC

Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun Minskdə Belarus Respublikası Maliyyə Nazirliyinin rəhbər işçilərinin və mütəxəssislərinin ixtisasartırma mərkəzinin direktoru Konstantin Velickoviç ilə görüşündə iki qurum arasında gələcəkdə daha sıx əməkdaşlığın vacibliyi vurğulanıb və konkret vəzifələr müəyyənləşdirilib.

Auditorlar Palatasından AZƏRTAC-a bildiriblər ki, görüş Auditorlar Palatası ilə Belarus Respublikası Maliyyə Nazirliyinin rəhbər işçilərinin və mütəxəssislərinin ixtisasartırma mərkəzi arasında 2013-cü il fevralın 4-də imzalanmış Sazişdə nəzərdə tutulmuş tədbirlərin icrası məsələlərinə həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.