İQTİSADİYYAT
Auditorlar Palatasında xanım auditorlarla görüş keçirilib
Bakı, 6 mart, AZƏRTAC
Auditorlar Palatasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım auditorlarla görüş keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, sədr müavini Fəxrəddin İsmayılov və Həmkarlar İttifaqı Komitəsinin sədri Səbuhi Gülməmmədov auditor qadınları təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbirdə auditin ölkəmizdə inkişafı işində göstərdikləri xidmətə görə auditor xanımlara Auditorlar Palatasının “Fəxri auditor” döş nişanı və “Fəxri fərman”lar təqdim edilib, xatirə fotosu çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:40]
“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək
- 25.04.2024 [16:34]