İDMAN
Australian Open: Novak Cokoviç finalda Endi Marrey ilə qarşılaşacaq
Bakı, 30 yanvar, AZƏRTAC
“Böyük dəbilqə” seriyasının mövsümdə ilk turniri olan tennis üzrə Avstraliya açıq çempionatı kulminasiya nöqtəsinə çatıb. Hər iki fərdi yarışların finalçıları məlum olub. Kişilər arasında finala dünya reytinqində ilk sırada yer alan serb Novak Cokoviç və britaniyalı Endi Marrey çıxıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Avstraliyanın Melburn şəhərində Endi Marrey çex Tomaş Berdıxa dörd partiyada qalib gələrək (6:7 (6:8), 6:0, 6:3, 7:5) adını finala yazdırıb. Novak Cokoviç isə finala vəsiqəni daha gərgin keçən oyunda qazanıb. Serb tennisçi isveçrəli Stan Vavrinka üzərində üstünlüyünü yalnız sonuncu setdə sübut edə bilib (7:6 (7:1), 3:6, 6:4, 4:6, 6:0).
Bir qədər əvvəl qadın finalçılar da müəyyənləşib. Onlar reytinq üzrə birinci və ikinci yerlərin sahibləri – amerikalı Serena Uilyams və rusiyalı Mariya Şarapovadır.