İDMAN
Australian Open: yenə də Serena Uilyams!
Bakı, 31 yanvar, AZƏRTAC
Avstraliya açıq çempionatının qadınlar arasında turnirinin finalında dünyanın iki ən güclü tennisçisi – amerikalı Serena Uilyams və rusiyalı Mariya Şarapova qarşılaşıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, qarşılaşma ABŞ tennisçisinin qələbəsi ilə başa çatıb: 6:3, 7-6 (7:5).
Serena Uilyam Mariya Şarapova üçün həmişə çətin rəqib olub. Belə ki, bundan əvvəlki 18 oyunun 16-sı amerikalı tennisçinin qələbəsi ilə başa çatıb. İki idmançının fərdi duelində bu dəfə 17-ci qələbəsini qazanan S.Uilyams qadınlar arasında planetin ən güclü tennisçisi olduğunu təsdiqləyib. Bu, eyni zamanda Serenanın “Böyük dəbilqə” seriyası turnirində 19-cu, Avstraliya açıq çempionatında isə 6-cı qələbəsidir.
Sabah Avstraliyanın Melburn şəhərində kişilər arasında final qarşılaşması keçiriləcək. Australian Open 2015-in qalibi dünya reytinqində ilk sırada yer alan serb Novak Cokoviç və britaniyalı Endi Marrey arasındakı görüşdə müəyyən olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [23:21]
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]