İDMAN
“Austrian Open” turnirində 19 taekvondoçumuz yarışacaq
Bakı, 29 may, AZƏRTAC
Azərbaycanın yeniyetmələrdən ibarət taekvondo üzrə yığma komandası mayın 30-31-də İnsbruk şəhərində keçiriləcək “Austrian Open” turnirində iştirak edəcək.
Azərbaycan Taekvondo Federasiyasından (ATF) AZƏRTAC-a bildiriblər ki, millimiz turnirə 19 yeniyetmə idmançı ilə qatılacaq.
Komandanın baş məşqçisi, əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov oğlanlardan Qüdrət Nuruzadə (33 kq), Bəhruz Quluzadə (37 kq), Ziya Xəlilov (41 kq), Samir Məhərrəmov (45 kq), Ruslan Seyidov (49 kq), Yunis Məmmədzadə (53 kq), Ülvi Mustafayev (57 kq), Elşad Məmmədov (61 kq), Seymur Quliyev (65 kq), Cavid Soltanova (65 kq-dan yuxarı) etimad göstəriblər.
Qızlardan isə Ofeliya Allahverdiyeva (29 kq), Minayə Əkbərova (33 kq), Sevda Pirseyidova (37 kq), Mirvari Qəmbərli (37kq), Aliyə Zeynalova (41 kq), Zalikə Babayeva (44 kq), Nərmin Süleymanova (47 kq), Nuranə İbrahimova (51 kg) və Şəms İsayevaya (55 kq) şans verilib.
ATF-nin baş hakimi, beynəlxalq dərəcəli hakim Elşən Quliyev yarışların idarə olunmasında iştirak edəcək.