Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Autizmdən əziyyət çəkən uşaqların öz dünyaları var

Autizmdən əziyyət çəkən uşaqların öz dünyaları var

Bakı, 11 mart, Günel Məlikova, AZƏRTAC

Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri də autizmdir. Məlum olduğu kimi, bu xəstəliyin müalicəsi yoxdur. Autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Lakin valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən uşaq reabilitasiya şöbəsinin psixoloqu Leyla Abbasova bildirib.

L.Abbasova deyib: “Autizmin müxtəlif əlamətləri var. Bu xəstəlikdən əziyyət çəkən uşaqların göz kontaktı demək olar ki, olmur və yaxud çox zəif olur. Onları çağırdıqda, adlarını çəkdikdə heç bir reaksiya vermirlər. Bəzən valideynlər bunu karlıqla əlaqələndirirlər. Belə uşaqların öz dünyaları var. Onlar beyinlərində qurduqları dünyada yaşayırlar. Bu səbəbdən onlar bizə reaksiya verməyə bilərlər. Bunun eşitmə ilə heç bir əlaqəsi yoxdur.

Bu uşaqlarda fırlanan əşyalara qarşı çox böyük maraq olur. Onlar saatlarla paltaryuyan maşının fırlanan hissəsini izləyə bilərlər. Bundan əlavə belə uşaqlar oyuncaqlarla mənasına görə oynamırlar. Onlar gəlinciyi maşın kimi sürə və yaxud oyuncaq maşının yalnız təkərlərini saatlarla fırlada bilərlər. Başqa uşaqlarla oynamağı qətiyyən sevmirlər. Onlar təkliyə üstünlük verirlər.

Autizmdən əziyyət çəkən uşaqlar söz birləşmələrini qavramaqda çətinlik çəkir və ya qətiyyən başa düşmürlər. Onlar deyiləni anlamır, istifadə olunan sözlərin hər birinin ayrı-ayrılıqda hərfi mənasını başa düşməyə çalışırlar. Bundan əlavə bu xəstəlikdən əziyyət çəkən uşaqlarda müəyyən exolaliyalar olur. Exolaliya - verilən sual və yaxud deyilən cümlənin eyniliklə təkrarlanmasıdır. Belə uşaqlar bir sözü gün ərzində minlərlə dəfə təkrarlaya bilərlər. Bu da onların nitqi düzgün anlamaması ilə bağlıdır. Bizim istifadə etdiyimiz cümlələr onlara hərif və ya işarə yığını kimi görünür. Onlar verilən sualı başa düşmədiklərinə görə eyniliklə dəfələrlə təkrar edirlər.

Autizmli uşağın bir cümləni düzgün qavraması üçün onu mərhələli şəkildə öyrənməsi lazımdır. Başlanğıc olaraq qısa, ən çox iki sözdən ibarət söz birləşməsi ilə başa salmağa çalışmaq lazımdır. Bu onların qavramasına kömək edir. Misal üçün autizmdən əziyyət çəkən bir uşağın “Get mətbəxdən qırmızı qələmi gətir” cümləsini anlaması mümkün deyil. Burada ilk öncə rəng öyrədilməli, sonra qələmin nə olduğu başa salınmalıdır. Artıq sonra rənglə qələmi bir araya gətirərək bunun nə olduğunu anlamasına kömək etmək lazımdır. Uşaq “qırmızı qələm”in nə olduğunu tam başa düşdükdən sonra ondan qırmızı qələmi gətirməsini xahiş edə bilərik. Bütün bunlardan sonra artıq məkan barəsində danışmaq olar. Belə uşaqlarla işləmək hövsələ və çox böyük diqqət tələb edir. Lakin bunu bacardıqda çox yaxşı nəticələr əldə etmək mümkündür. Bəzi autizmli uşaqlar çox aqressiv olurlar. Onların öz istəklərini ifadə edə bilməməsi aqressiya ilə nəticələnir. Bu zaman dərman terapiyası tələb olunur və bu uşaqlarla artıq psixoloq deyil, psixiatrlar məşğul olurlar. Əsasən sakitləşdirici və beyin fəaliyyətini yaxşılaşdıran preparatlar təyin olunur ki, bu da bizim işimizə çox böyük köməklik göstərir.

Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış Asperger sindromu, atipik autizm və uşaq autizmini misal çəkmək olar.

Uşaq autizmi 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər bu növ üçün xarakterikdir.

Asperger sindromu olan uşaqların intellekt səviyyələri həddindən artıq yüksək olur, bu uşaqlarda nitq və qavrama inkişafının ləngiməsi və dayanması olmur. Onlar adi uşaqlardan intellekt baxımından çox irəlidə olurlar. Belə uşaqlar riyaziyyat, məntiq, informatika kimi fənlərdə həddindən artıq yüksək nəticələr göstərirlər. Sadəcə olaraq, onlara insanlarla ünsiyyət qurmaq çətin olur, maraq və məşğuliyyətlərinin məhdud olması, qrup şəklində işləməkdən qaçmaq, çətin adaptasiya olmaq onları digər uşaqlardan fərqləndirir. Bu sindromlu uşaqlara vaxtında müdaxilə edildikdə onlar həmyaşıdlarından seçilmir, hamı kimi 6 yaşında məktəbə gedə bilirlər.

Atipik autizm olan uşaqlar üç yaşa kimi normal inkişafda olurlar. Hətta cümlələr belə qurmağa başlayırlar. Lakin 3 yaşdan sonra uşaqda geriləmələr müşahidə olunmağa başlayır, demək olar ki, beynində olan hər bir şey silinir. Hətta bu uşaqların nitq qabiliyyətlərini itirmələri belə mümkündür. Bunun nədən baş verdiyini anlatmaq çətindir. Autizmin bu növü başlama yaşına görə digər növlərindən fərqləndirilir, digər bütün əlamətlər eyni olaraq qalır.

Ümumiyyətlə, autizmin yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil. Əvvəllər bu xəstəlik valideyn tərəfindən diqqətsizlik və ya uşaqlara vurulan peyvəndlərlə əlaqələndirilirdi. Lakin aparılan araşdırmalar bunu təkzib edir. Bu xəstəliyin irsilik dərəcəsi də çox azdır. Nəsildə autizmdən əziyyət çəkən insanlar olduqda uşaqda da bunun olması istisna deyil, lakin bu da çox az rast gəlinən haldır.

Onu qeyd etmək istərdim ki, bu xəstəliyin müalicəsində ən vacib faktor vaxtında olunan müdaxilə və başlanılan müalicədir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 mindən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib

Daha beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Yaşar Gülər: Türkiyə dünyada təhlükəsizlik, sülh və sabitliyə ciddi töhfə verir

ACE platformasından neft hasilatına başlanılıb

Azərbaycan klubları Superkubok oyununun bərpa olunmasını istəyir - ARAŞDIRMA

Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib

Naxçıvan şəhərində evdə baş verən yanğın söndürülüb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Nazir: Qarabağ Universitetinə proqram rəhbərləri seçilib, əlavə vakant yerlər də açılacaq – EKSKLÜZİV

Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu

NDU-nun kafedra müdiri: Naxçıvanda fiziki məhdudiyyətli uşaqların sayı azalıb

Cari ilin birinci rübündə ixrac edilən xam neft və neft məhsullarının dəyəri açıqlanıb

Emin Əmrullayev: Dünya universitetlərinin reytinq siyahısında yer almaq üçün ixtisaslaşma vacib rol oynayır

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Birinci rübdə neft koksunun ixracı 7 faizdən çox azalıb

Azərbaycanda Türkiyənin Sığorta Birliyinə bənzər təşkilatın yaradılması nəzərdə tutulur

Məleykə Abbaszadə: Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir - EKSKLÜZİV

“İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” kitabının VI cildi nəşr olunub

Məhkumluqdan azad olunmasına üç ay qalmış bir qrup şəxsin qiymətləndirilməsi aparılıb

Taksford At Muzeyi onilliyini qeyd edir

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Naxçıvanqalanın bərpası zamanı yol verilmiş nöqsanlar səbəbindən ön divarlarından biri uçub

Şərurun Kərimbəyli kəndində yanğın baş verib VİDEO

Energetika naziri: Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq

Azərbaycan Premyer Liqasında daha iki turun oyun cədvəli açıqlanıb

“Tesla” 14 min əməkdaşını ixtisar etməyi planlaşdırır

Kopenhagendə birja binasında yanğın baş verib

Tovuzda 23 yaşlı gənc bıçaqlanıb VİDEO

ATƏT-in konfransında Azərbaycandakı multikultural mühit barədə məlumat verilib

“İrAero” Nijni Novqoroddan Bakıya aviareyslər açıb

Zelenski: ABŞ-ın dəstəyi olmadan Kiyevin qələbə şansı yoxdur

Azərbaycan dili üzrə sertifikasiya imtahanı payızda keçiriləcək - EKSKLÜZİV

Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir

Gürcüstanın xarici ticarət dövriyyəsi 6,5 faiz azalıb