İQTİSADİYYAT


“Avandsis” şirkətlər qrupu “Azərikimya”da treninqlərə başlayıb

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

“Avandsis” şirkətlər qrupu oktyabrın 6-dan “Azərikimya” İstehsalat Birliyində (İB) treninqlərə başlayıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunda aparılan yenidənqurma və modernləşdirmə işləri, istifadəyə verilən yeni və müasir qurğular burada çalışanların biliklərinin təkmilləşdirilməsini zərurətə çevirib. Şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim-Tədris mərkəzləri, eləcə də bu sahədə beynəlxalq təcrübəyə malik digər şirkətlər tərəfindən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirirlər. “Avandsis” şirkətlər qrupunun mütəxəssisləri oktyabrın 6-dan etibarən “Etilen-polietilen” zavodunun nəzarət ölçü cihazları və avtomatika sahəsinin işçiləri üçün treninqlərə başlayıblar. Təlimlərdə əsas hədəf partlayış təhlükəli texnoloji proseslərin beynəlxalq standartlar əsasında (IEC-61508/61511 standartları) təhlükəsiz cihazlı sistemlərə inteqrasiyasıdır.

Qeyd edək ki, “Avandsis” şirkətlər qrupu ən etibarlı təhlükəsiz cihazlı sistem olan “TRICONEX” sistemini ilk dəfə olaraq Azərbaycana gətirərək yerli mühəndislər üçün təmənnasız treninqlər təşkil edir. Təlimlər həftədə 2 dərs (1 treninq) olmaqla (ümumilikdə 4 treninq) bir ay boyunca davam edəcək. Nəzəri və praktiki bölmələrdən ibarət treninqlərdən sonra iştirakçılar arasında test imtahanı keçiriləcək, yüksək bal toplayanlara şirkətin sertifikatları veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.