REGİONLAR


“Avandsis” şirkətlər qrupu “Azərikimya”da treninqlərə başlayıb

A+ A

Sumqayıt, 7 oktyabr, AZƏRTAC 

“Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunda aparılan yenidənqurma, modernizasiya işləri, yeni və müasir qurğuların istifadəyə verilməsi ilə əlaqədar olaraq, burada çalışan insanların biliklərinin təkmilləşdirilməsinə ehtiyac yaranır ki, bu ehtiyac da həm SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim-tədris mərkəzləri, həm də bu sahədə beynəlxalq təcrübəyə malik digər şirkətlərin mütəxəssisləri tərəfindən ödənilir. Belə şirkətlərdən biri də “Avandsis” şirkətlər qrupudur. Avandsis” Şirkətlər Qrupu ən etibarlı təhlükəsiz cihazlı sistem olan TRICONEX sistemini ilk dəfə olaraq Azərbaycana gətirərək yerli mühəndislər üçün təmənnasız treninqlər təşkil edir.

“ Azərikimya” İB–nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin mütəxəssisləri oktyabrın 6-dan etibarən “Etilen-polietilen” zavodunun NÖC və Avtomatika sahəsinin işçiləri üçün treninqlərə başlayıblar. Təlimlərdə əsas hədəf partlayış təhlükəli texnoloji proseslərin beynəlxalq standartlar əsasında (IEC-61508/61511 standartları) təhlükəsiz cihazlı sistemlərə inteqrasiyasıdır.

Təlimlər həftədə 2 dəfə olmaqla (ümumilikdə 4 treninq) bir ay davam edəcək. Nəzəri və praktiki bölmələrdən ibarət olan treninqlərdən sonra təlim iştirakçıları arasında test imtahanı keçiriləcək, yüksək bal toplayanlara şirkətin sertifikatları təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.