CƏMİYYƏT
Əvəzedici terapiyaya dair yeni nəşr işıq üzü görüb
Bakı, 25 fevral, AZƏRTAC
Respublika Xalq Təbabəti Mərkəzinin həkimi, terapevt-kardioloq Kəmalə Həsənovanın “Yaşlı insanlarda mikroelementlərlə əvəzedici terapiya” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, nəşrdə mikroelementlərin insan bədəni, maddələr mübadiləsi, yaş faktoru, qocalıq və yuxarı yaş qrupuna aid insanlar üçün xarakterik xəstəliklərə təsiri haqqında geniş məlumat verilir.
“Ecoprint” mətbəəsində çap olunan nəşr kiçik praktik material kimi həkimlər, əczaçılar və səhiyyənin digər sahələrində fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub.
Kitaba, həmçinin bəzi publisistik və elmi məqalələr də daxil edilib.