Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı müzakirə edilir VİDEO

Bakı, 21 fevral, Elvin Camalov, Ramiz Quliyev, AZƏRTAC

Bakıda aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı müzakirə edilir.

AZƏRTAC xəbər verir ki, müzakirələr fevralın 21-də Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos” ASC-nin təşkilatçılığı ilə keçirilən “Fevral məruzələri–2017”, “Gənclərin yaradıcı potensialı aviakosmik məsələlərin həllində” II elmi-praktik gənclər konfransında aparılır.

Konfransın işində Almaniyadan, İsveçrədən, ABŞ-dan, Niderland və Rusiyadan nümayəndələr iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə MAA-nın Mülki aviasiya muzeyi ilə tanış olublar. Sonra isə MAA tələbələrinin əl işlərinin sərgiləndiyi “Aviamodelizm” dərnəyinin sərgisinə və kitabxanada təşkil olunmuş kitab sərgisinə baxış keçiriblər.

Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda dünya qarşısında duran vacib məsələlərdən biri də təhsil sisteminin inkişafı və yüksək təhsilli elmi kadrların yetişdirilməsidir. Azərbaycanda da bu sahənin inkişafı dövlətin qarşısında duran əsas vəzifələrindən biridir.

F.Qurbanovun sözlərinə görə, ölkədə 42 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onların sırasında MAA-nın xüsusi yeri var. 1990-cı ildə respublikanın ali təhsil müəssisələrində tələbələrin sayı 105 min nəfər olubsa, hazırda ölkədə bakalavr və magistratura pilləsində 155 min tələbə təhsil alır. İldən-ilə doktorantura sahəsində oxuyanların da sayında artım müşahidə olunur. Gənc alimlərimiz akademik institutlar səviyyəsində elmi araşdırmalarda fəal iştirak edirlər.

Nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi orta məktəblərdə ibtidai təhsilə də xüsusi diqqət ayırır. Belə ki, bir çox məktəblərdə müxtəlif müsabiqələr, fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə olimpiadalar təşkil olunur. Həmçinin qeyd etmək lazımdır ki, yalnız ötən il 11 məktəblimiz beynəlxalq olimpiadalarda fizika, kimya, biologiya, riyaziyyat üzrə gümüş və bürünc medallara layiq görülüb. Təhsil Nazirliyi istedadlı məktəbliləri və tələbələri elmi-tədqiqatlara istiqamətləndirmək üçün zəruri tədbirləri həyata keçirməkdə davam edir.

Plenar iclasda dünya şöhrətli alim, MAA-da aerokosmik məsələlər üzrə məsləhətçi vəzifəsində çalışan akademik Roald Saqdeyev Azərbaycanda fəaliyyət göstərən ali təhsil ocaqları arasında MAA-nın xüsusi rolundan danışıb. Bildirib ki, akademiyada aparılan elmi-tədqiqatlardan, araşdırmalardan digər təhsil müəssisələri də yararlanmalıdır.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevi hələ tələbəlik illərindən tanıdığını deyib. “MAA-nın hazırkı səviyyəyə çatmasında MAA-nın rektoru, akademik Arif Paşayevin xüsusi xidmətləri danılmazdır. Akademik Arif Paşayev bir böyük alim kimi Azərbaycan elminə mühüm töhfələr verib”, - deyə R.Saqdeyev vurğulayıb.

Daha sonra Roald Saqdeyev “Aerokosmik sahənin inkişafında fundamental elmlərin rolu” mövzusunda, Almaniyanın Münxen şəhərində yerləşən Helmhols adına Tədqiqat mərkəzinin bölmə rəhbəri, bir çox nüfuzlu beynəlxalq mükafatların, o cümlədən “Aleksandr fon Humboldt” mükafatının laureatı, professor Mesud Əfəndiyev “Ali təhsil müəssisəsinin inkişaf strategiyasında beynəlxalq əməkdaşlığın rolu” mövzusunda, ABŞ-ın Arizona ştatı Universitetinin Riyaziyyat fakültəsinin professoru İldar Qabitov “Lazer texnologiyaları, kosmik aparatlar üçün optik rabitə vasitələri” mövzusunda, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı, dosent Ramin Mahmudzadə “Azərbaycanda İT-təhsilin təşəkkülü və problemləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini Anar Rüstəmov bildirib ki, bu cür konfransların keçirilməsi Azərbaycan üçün əhəmiyyətlidir. Bu beynəlxalq tədbirdə müxtəlif ölkələrdən məruzəçilər çıxış edir. Belə konfranslar gənclərin beynəlxalq səviyyədə inteqrasiyasına, həmçinin alimlərin Azərbaycana marağının artmasına səbəb olur.

Konfransın proqramına 8 bölmə üzrə mülki aviasiya və kosmik sahənin aktual problemlərinə həsr olunan 118 məruzə daxil edilib, Azərbaycanın tanınmış alimlərinin iştirakı ilə ustad dərsləri, seminarlar və “dəyirmi masa”lar nəzərdə tutulub.

Konfransa fevralın 23-də yekun vurulacaq.

Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı müzakirə edilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib