CƏMİYYƏT
Aviasiya Muzeyinin əməkdaşı məktəblilərə Şuşanın işğalı ilə bağlı mühazirə oxuyub
Bakı, 5 may, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyinin əməkdaşı Gülər Rzayeva Türkan qəsəbəsində yerləşən 6 saylı internat məktəbində Şuşanın işğalı ilə bağlı mühazirə oxuyub.
Mülki Aviasiya Muzeyindən AZƏRTAC-a verilən məlumata görə, “8 may Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalı günüdür” adlı mühazirədə muzeyin əməkdaşı qədim Azərbaycan şəhərinin tarixi, onun mədənı abidələri, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə məktəblilərə məlumat verib.
Məktəbin direktoru Balamirzə Zeynalov muzey əməkdaşlarına öz dərin minnətdarlığını bildirib, belə mühazirələrin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyətini vurğulayıb.