SİYASƏT


Aviqdor Liberman: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə çevrilib

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Təl-Əvivdə İsrailin müdafiə naziri Aviqdor Liberman Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi və baş katibin müavini ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə A.Libermana Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, onun fəaliyyəti və mərkəzin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı forumları barədə məlumat verilib.

Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə, vahid siyasi platformaya çevrilib və burada aparılan müzakirələr region dövlətləri üçün çox vacibdir. Liberman Azərbaycan və İsrail dövləti arasındakı dostluq münasibətlərindən, ölkəmizdə yaşayan yəhudi icmasına göstərilən diqqət və qayğıdan söz açıb.

Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri nazir Aviqador Libermanı gələn il Bakıda keçirilməsi nəzərdə tutulan V Qlobal Bakı Forumuna dəvət ediblər.

Qeyd edək ki, 2016-cı ilin mayında İsrailin müdafiə naziri təyin olunan Aviqdor Liberman daha öncə İsrailin milli infrastruktur naziri, nəqliyyat naziri, xarici işlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.