İQTİSADİYYAT


Avqust ayınadək TANAP layihəsi üzrə iş həcminin 31,4 faizi yerinə yetirilib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Bu ilin avqust ayına qədər Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə iş həcminin 31,4 faizi yerinə yetirilib. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində deyilir. O qeyd edib ki, “Cənub Qaz Dəhlizi”nin birləşdirici həlqəsi olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” qaz boru kəmərinə birləşərək “Şahdəniz” qazını Türkiyə ərazisi boyunca nəql edəcək. Kəmərin ilkin ötürücülük gücü ildə 16 milyard kubmetr həcmində planlaşdırılır. Sonradan bu həcmin 31 milyarda qədər artırılması imkanları da nəzərə alınıb. TANAP hazırda SOCAR-ın xaricdə həyata keçirdiyi ən böyük investisiya layihəsidir. Ötən il Qarsda Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə təməli qoyulmuş bu kəmər boruların diametri və xəttin uzunluğu baxımından indiyədək dünya miqyasında reallaşdırılan ən böyük təbii qaz boru xətti layihələrindən biri olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.