CƏMİYYƏT


Avqust ayında fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 16 447 nəfər artıb

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemi əmək fəaliyyəti ilə məşğul olan hər bir vətəndaşa gələcək etibarlı pensiya təminatı üçün fərdi hesabında pensiya kapitalı formalaşdırmağa imkan verir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sistemin əhatə etdiyi şəxslərin sayı artmaqda davam edir. Belə ki, sistemdə qeydiyyatda olan sığortaolunanların sayı cari ilin yanvar-avqust aylarında 128 964 nəfər, o cümlədən ötən ay 16 447 nəfər artaraq 3 309 118 nəfərə çatıb. Onlardan 59,4 faizi (1 965 824 nəfər) kişilər, qalanları qadınlardır.

Fərdi şəxsi hesabı açılmış vətəndaşlar sırasında 30-40 yaşlarında olanlar daha çoxdurlar və onlar fərdi uçot sistemində qeydiyyata alınmış şəxslərin 25,2 faizini təşkil edirlər. Həmçinin sistemdə fərdi şəxsi hesabı açılanların 20,4 faizi 30 yaşa qədər olanlar, 20,1 faizi 40-50 yaş aralığında olanlar, 21,1 faizi 50-60 yaş aralığında olanlar, digərləri isə 60 yaşdan yuxarı olanlardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə vətəndaşlar istədikləri vaxtda fərdi şəxsi hesablarındakı pensiya kapitalı barədə məlumat əldə edə bilirlər. Bu, onlara həmçinin işəgötürənlərin onlar üçün əmək haqqına uyğun həcmdə məcburi dövlət sosial sığorta haqqı köçürdüklərinə nəzarət etmək imkanı verir.

Təkcə bu ilin yanvar-avqust aylarında bu e-xidmətdən 94 083 dəfə istifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.