İQTİSADİYYAT


Avqustda BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

2016-cı ilin avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 497 min 967 ton Azərbaycan nefti nəql olunub.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən bildirilib.

Cari ilin yanvar-avqust aylarında bu kəmərlə 19 milyon 987 min 531 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il sentyabr ayının 1-ə qədər BTC-yə 312 milyon 662 min 920 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin avqust ayında BTC kəməri ilə 346 min 20 ton Türkmənistan nefti nəql olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.