İQTİSADİYYAT


Avqustda Misirə gələn turistlərin 47 faizi ərəb ölkələrindən olub

A+ A

Qahirə, 19 oktyabr, AZƏRTAC 

Misirin İctimai Səfərbərlik və Statistika üzrə Mərkəzi Agentliyinin (CAPMAS) məlumatına görə, Misir turizm axınının xoşagəlməz statistikasını qeydə almağa davam edir.

Yerli KİV-lərin məlumatına görə, avqust ayında ölkəyə 503 min əcnəbi turist gəlib ki, bu da 2015-ci ilin avqust ayının göstəricisindən ( 915 min nəfər) 45 faiz azdır. Üstəlik, yayın sonuncu ayında gələn əcnəbi turistlərin 47 faizi ərəb ölkələrindən olub.

Məlumatda vurğulanır ki, xarici turizm axınının azalmasının başlıca səbəbi Rusiya (-55,2 faiz), Birləşmiş Krallıq (-15,9 faiz), Almaniya (-14 faiz) və İtaliyadan (-6,2 faiz) gələn turistlərin sayının kəskin azalması ilə bağlıdır.

KİV-lərin yaydığı məlumata görə, təhlükəsizliklə bağlı problemlər üzündən 2016-cı il ərzində Misirə turizm axınının zəifləməsi müşahidə olunub. Məsələn, iyul ayında turistlərin sayı 41,9 faiz, iyunda 59,9 faiz, mayda 51,7 faiz, apreldə 54 faiz, martda 47,2 faiz, fevralda 45,9 faiz, yanvarda 46,3 faiz azalıb.

Misirin 2015/2016-cı maliyyə ilində turizmdən gəliri 48,9 faiz azalaraq, 3,8 milyard dollar təşkil edib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.