İQTİSADİYYAT


Avqustda brokerlərin renkiqinə "PAŞA Kapital" başçılıq edib

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Bakı Fond Birjası (BFB) 2016-cı ilin avqust ayı üzrə dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyyatları istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqini açıqlayıb.

AZƏRTAC Bakı Fond Birjasına istinadən xəbər verir ki, renkinqdə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 72,488 milyon manatla birinci yerdədir. İkinci yerdə 25,755 milyon manatla "Unicapital İnvestisiya Şirkəti" ASC, üçüncü yerdə 18,346 milyon manatla "AzFinance İnvestisiya Şirkəti" QSC və 4,232 milyon manatla "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.