REGİONLAR


Avqustun 19-da Abşeron rayonunun bəzi qəsəbələrinin təbii qaz təchizatı məhdudlaşdırılacaq

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 19-da saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qobu”, “Müşviqabad”, “Aşağı Güzdək” və “Pirəküşgül” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonunun Qobu, Müşviqabad, Aşağı Güzdək, Ceyranbatan və Pirəküşgül qəsəbələrinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.