REGİONLAR


Avqustun 26-da respublikanın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Avqustun 26-da saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Sumqayıt”, “Yaşma” və “Giləzi” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonunun Yaşma bağ massivi və Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin, Siyəzən rayonunun Beştam, Qara Siyəzən, Zarat və Çandahar, Xızı rayonunun Şurabad, Yeni Yaşma və Sitalçay kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.