DÜNYA
Avqustun 7-də İstanbulda növbəti izdihamlı demokratiyaya dəstək mitinqi keçiriləcək
Bakı, 31 iyul, AZƏRTAC
Avqustun 7-də İstanbulun Yeniqapı rayonunda növbəti izdihamlı demokratiyaya dəstək mitinqi keçiriləcək. Bu mitinqdə silahlı qüvvələrin təmsilçilərinin, sənətçilərin, tanınmış idmançıların iştirakı gözlənilir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu “A Haber” və “ATV” telekanallarının ortaq efirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Prezident, mitinq məsələsini Baş nazir Binəli Yıldırımla müzakirə edəcəyini söyləyib.
Ölkə başçısı deyib ki, bu mitinqə siyasi partiyaların liderləri də dəvət olunacaq. Oradan bütün Türkiyəyə mesajımızı hamımız birlikdə verəcəyik. Normallaşma prosesinin sürətlənməsi da ölkəmiz üçün çox əhəmiyyətli olacaq.
Rəcəb Tayyib Ərdoğan həmin gün Türkiyənin bütün şəhərlərində demokratiyaya dəstək mitinqlərinin keçiriləcəyini söyləyib.